Sumqayıt'ı ətraflı öyrənəcəyik - Çukariçki rəsmisi

  • 17 İyun 2021 13:08
  • 39

Serbiyanın “Çukariçki” klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq.

Corner.az xəbər verir ki, Belqrad təmsilçisinin idman direktoru Vladimir Matiyaşeviç klubun mətbuat xidmətinə püşkü dəyərləndirib:

“Sumqayıt”ı ətraflı öyrənəcəyik. Azərbaycana səfərimiz olacaq. Daha əvvəl də belə səfərlərimiz olub və müəyyən təcrübəmiz var. Azərbaycanın “Qəbələ” klubu ilə qarşılaşmış və uğursuz olmuşduq. Ümid edirəm ki, indi bizim üçün yaxşı nəticələr əldə edəcəyik. İlk oyuna hazırlaşacağıq. Azarkeşlərimizin qarşısında qol buraxmadan qələbə qazanacağımıza ümid edirəm”.

“Çukariçki” “Sumqayıt”la ilk oyununu iyulun 22-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.