ÇL: Şerif səfərdə, Dinamo evdə qələbə qazandı

  • 21 İyul 2021 00:46
  • 38

Bu gün UEFA Çempionlar Liqasında 2-ci mərhələnin ilk oyunları keçirilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 6 matç oynanılıb. Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu doğma meydanda Kiprin “Omoniya” klubunu qəbul edib və inamlı qələbə qazanıb.

Moldovanın "Şərif" klubu isə səfərdə Ermənistanın "Alaşkert" klubunun qonağı olub və minimal hesabla qalib gəlib.

Azərbaycanın turnirdəki yegənə  təmsilçisi “Neftçi” bu mərhələdəki oyununa sabah çıxacaq. “Ağ-qaralar” Yunanıstanın “Olimpiakos” komandasının qonağı olacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” Estoniyanın “Flora” komandasını sınağa çəkəcək. Türkiyənin “Qalatasaray” klubu isə səfərdə Niderland PSV-sinin qonağı olacaq.

2-ci mərhələnin cavab oyunları 27-28 iyulda keçiriləcək.

Çempionlar Liqası, 2-ci mərhələ, ilk oyunlar

20 iyul

Alaşkert (Ermənistan) – Şerif (Moldova) 0:1

Linkoln (Cəbəllütariq) – ÇFR (Rumıniya) 1:2

Ferentsvaroş (Macarıstan) – Jalgiris (Litva) 2:0

Dinamo (Zaqreb, Xorvatiya) – Omoniya (Kipr) 2:0

Rapid (Vyana, Avstriya) – Sparta (Praqa, Çexiya) 2:1

Seltik (Şotlandiya) – Midtyulland (Danimarka) 1:1

21 iyul

18:00. Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya)
21:00. Malmö (İsveç) – HİK (Finlandiya)
22:00. Mura (Sloveniya) – Ludoqorets (Bolqarıstan)
22:30. Slovan (Bratislava, Slovakiya) – Yanq Boyz (İsveçrə)
23:00. PSV (Niderland) – Qalatasaray (Türkiyə)
23:00. Olimpiakos (Yunanıstan) – Neftçi (Azərbaycan)
23:00. Legiya (Polşa) – Flora (Estoniya)