Legiya'nın baş məşqçisi Emreli'ni təriflədi

  • 21 İyul 2021 12:03
  • 65

Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviçin Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində Estoniyanın “Flora” komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransı keçirilib.

Corner.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, media nümayəndələri ilə görüşdə azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:

“Mahir Emreli komandaya tez uyğunlaşdı və özünə yer tapdı. Mahir vacib qollar vurur. Özünü yaxşı tərəfdən göstərə bilib. Bu, önəmlidir”.

Bu gün keçiriləcək “Legiya” – “Flora” matçı saat 23:00-da başlayacaq.