Bavariya Barselona'nı darmadağın etdi, Çelsi və Yuventus'dan qələbə

  • 15 Sentyabr 2021 01:10
  • 58

UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin oyunlarına start verilib. Corner.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə E, F, G və H qrupunun matçları keçirilib.
 
E qrupunda İspaniyanın “Barselona” klubu doğma meydanda Almaniya “Bavariya”sını qəbul edib. Münhen təmsilçisi səfərdə darmadağınla qalib gəlib. Qrupun digər matçında “Benfika” səfərdə “Dinamo”nun qonağı olub. Bu oyunda isə qapılara ümumiyyətlə qol vurulmayıb.
 
Turnirin son qalibi “Çelsi” H qrupu çərçivəsində ilk turda doğma meydanda Rusiya təmsilçisi “Zenit”i sınağa çəkib və minimal hesabla qələbə qazanıb. İtaliya A Seriyasında mövsümə uğursuz başlayan “Yuventus” səfərd “Malmö”nun (İsveç) qonağı olub . Turin təmsilçisi bu oyundan darmadağınlı qələbə ilə ayrılıb.
 
F qrupunda heyətini Kriştiano Ronaldo ilə gücləndirən “Mançester Yunayted” səfərdə İsveçrənin “Yanq Boyz”un qonağı olub. Ronaldonun qolu ilə “qırmızı şeytanlar” hesabı açsa da, görüşün sonunda meydan sahibləri əzmkar qələbə qazanıb. Qrupun digər oyununda “Atalanta” səfərdə "Vilyarreal”ın müqavimətini qırmağa çalışıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.
 
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
14 sentyabr
 
F qrupu
 
"Yanq Boyz" (İsveçrə) – "Mançester Yunayted" (İngiltərə) - 2:1
 Ngamaleu, 66; Siebetçeu, 90+5 - Ronaldo, 13 
Qırmızı vərəqə: Van Bissaka, 35 (MY)
 
"Vilyarreal" (İspaniya) – "Atalanta" (İtaliya) - 2:2
Trigeros, 39; Danyuma, 73 - Freuler, 6; Qosens, 63
 
G qrupu
 
"Sevilya" (İspaniya) – "Zalsburq" (Avstriya) - 1:1
Rakitiç, 42 - Suşiç, 21
Qırmızı vərəqə: En Nesri, 50 (Sevilya)
 
 "Lill" (Fransa) – "Volfsburq" (Almaniya) -  0:0 
Qırmızı vərəqə: Broks, 63 (Volfsburq)


 
E qrupu
 
"Barselona" (İspaniya) – "Bavariya" (Almaniya) - 0:3
Tomas Müller, 34; Levandovski, 56; 83
 
"Dinamo" (Kiyev, Ukrayna) – "Benfika" (Portuqaliya) - 0:0
Qırmızı vərəqə: Qarnaş, 83
 
H qrupu
 
"Çelsi" (İngiltərə) – "Zenit" (Rusiya) - 1:0
Lukaku, 69
 
"Malmö" (İsveç) – "Yuventus" (İtaliya) - 0:3
Aleks Sandro, 23; Dibala, 43; Morata, 45+1