Real'la Liverpul'dan qələbə, Milan və Borussiya uduzdu

  • 20 Oktyabr 2021 01:09
  • 61

Bu gün UEFA Çempionlar Liqasında 3-cü turun oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qrup üzrə 8 qarşılaşma keçirilib.

A qrupunda yer alan “Mançester Siti” səfərdə “Brügge”nin qonağı olub və darmadağınla qələbə qazanıb. Qrupun digər matçında PSJ doğma meydanda “Leyptsiq”i qəbul edib və çətin qələbə qazanıb.

Türkiyə çempionu “Beşiktaş” doğma meydanda “Sportinq”lə qarşılaşıb və  məğlub olub. Qrupun digər matçında Dortmund “Borussiya”sı  səfərdə “Ayaks”a böyük hesabla məğlub olub.

Günün maraqla gözlənilən qarşılaşması İspaniyada baş tutub. Madrid “Atletiko”su evdə “Liverpul”u qəbul edib. Beş qolun qeydə alındığı matç İngiltərə təmsilçisi qələbəsi qazanıb. Qrupun digər matçında “Milan” Portuqaliyada “Portu”ya minimal hesabla uduzub.

D qrupunda yer alan İspaniyanın Madrid "Real"ı səfərdə "Şaxtyor"un qonağı olub və darmadağınla qalib gəlib. Qrupun digər matçında "İnter" doğma meydanda "Şərif"lə üz-üzə gəlib və inamlı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
19 oktyabr

A qrupu

Brügge (Belçika) – Mançester Siti (İngiltərə) 1:5
Qol: Vanaken, 81 – Kanselo, 30. Mahrez, 43-pen; 84. Uolker, 53. Palmer, 67.

PSJ (Fransa) – Leyptsiq (Almaniya) 3:2
Qol: Mbappe, 9. Messi, 67; 74-pen – A.Silva, 28. Mukiele, 57.

Xal durumu: PSJ – 7, Mançester Siti – 6, Brügge – 4, Leyptsiq – 0.

C qrupu

Beşiktaş (Türkiyə) – Sportinq (Portuqaliya) 1:4
Qol: Larin, 24 – Koates, 15; 27. Sarabiya, 44-pen. Paulinyo, 89.

Ayaks (Niderland) – Borussiya (Dortmund, Almaniya) 4:0
Qol: Roys, 11-öz qapısına. Blind, 25. Antoni, 57. Haller, 72.

Xal durumu: Ayaks – 9, Borussiya (Dortmund) – 6, Sportinq – 3, Beşiktaş – 0.

B qrupu

Atletiko (İspaniya) – Liverpul (İngiltərə) 2:3
Qol: Qrizmann, 20; 34 – Salah, 8; 76-pen. Keyta, 13.

Portu (Portuqaliya) – Milan (İtaliya) 1:0
Qol: L.Dias, 65.

Xal durumu: Liverpul – 9, Atletiko – 4, Portu – 4, Milan – 0.

D qrupu

Şaxtyor (Ukrayna) – Real (İspaniya) 0:5
Qol: Krivtsov, 37-öz qapısına. Vinisius, 51; 56. Rodriqo, 65. Benzema, 90+1.

İnter (İtaliya) – Şerif (Moldova) 3:1
Qol: Dzeko, 34. Vidal, 58. De Vrey, 67 – Till, 52.

Xal durumu: Real – 9, Şerif – 6, İnter – 4, Şaxtyor – 1