30 ildir məşqçilik edirəm, belə şey görməmişdim - FOTO

  • 24 Noyabr 2021 14:13
  • 62

“Benfika”nın baş məşqçisi Jorje Jesus futbolçusu Haris Seferoviçin Çempionlar Liqasında “Barselona” ilə matçın (0:0) son dəqiqəsində yararlana bilmədiyi epizodla bağlı danışıb.

Corner.az xəbər verir ki, 67 yaşlı mütəxəssis, yararlana bilmədikləri qol imkanıyla bağlı bunları deyib:

“Müdafiədə yaxşı oynadıq. “Barselona”nın qol imkanları var idi, bunu inkar etməyim doğru olmaz. Sonuncu qol fürsətimizdə heç rəqibin qapısında qapıçı da yox idi, amma alınmadı. 30 ildir məşqçilik edirəm, belə şey görməmişdim. Təəssüf ki, bunu “Benfika”da yaşadım”.