Kriştiano Ronaldodan daha bir rekord

  • 24 Noyabr 2021 14:41
  • 57

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, 36 yaşlı hücumçu buna İspaniyada "Vilyarreal"ı 2:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin V tur oyununda nail olub.

78-ci dəqiqədə hesabı açan portuqaliyalı futbolçu əsas klub yarışlarından birində son 15 dəqiqədə üçüncü dəfə qələbə qolunu vurub. Bu, əlavə vaxtda bitən oyunlar istisna olmaqla, qitənin bir nömrəli klub turnirində rekorddur.

Qeyd edək ki, "Mançester Yunayted" 5 oyundan sonra F qrupunda 10 xalla liderdir. "Qırmızı şeytanlar" sona bir tur qalmış pley-offa vəsiqəni təmin edib.