Mançester Yunayted üçün döyüşməkdən vaz keçməyəcəyik

  • 24 Noyabr 2021 19:42
  • 46

"Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında “Vilyarreal”ı (İspaniya) məğlub etdikləri oyundan (2:0) sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu, “feysbuk” hesabında etdiyi paylaşımda matçla bağlı bunları deyib:

“İspaniyada oynamaq, qol vurmaq və qələbə qazanmaq möhtəşəm hissdir. Özümü çox yaxşı hiss etdiyim bir ölkədə bunları etmək məndə xüsusi hiss yaradır. Bizi aid olduğumuz yerə aparan komanda yoldaşlarımı təbrik edirəm. Biz “Mançester Yunayted”ik və bu klub üçün döyüşməkdən vaz keçməyəcəyik. İrəli, “qırmızı şeytanlar”!

“Mançester Yunayted” “Vilyarreal” üzərində qələbə ilə Çempionlar Liqasında pley-offa vəsiqəni təmin edib.