Qarabağ Lex'i keçsə, Sürix'lə qarşılaşacaq

  • 15 İyun 2022 14:27
  • 59

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.
 
Ağdam təmsilçisi Polşa “Lex”i ilə cütü A qrupunda səpələnmişlər sırasındaydı. Bu cütün qalibini növbəti mərhələdə “Sürix”lə (İsveçrə) matçlar gözləyir.
 
ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları 12-13 iyulda keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk görüşləri 19-20, cavab matçları 26-27 iyulda baş tutacaq. 
 
“Qarabağ” “Lex”ə qarşı ilk matçını səfərdə, cavab matçını evdə keçirəcək. “Sürix”in rəqibi olacaq komanda ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirəcək.