Mane ÇL matçına qədər hazır olmayacaq

  • 24 Yanvar 2023 14:43
  • 63

“Bavariya”nın hücumçusu Sadio Mane UEFA Çempionlar Liqasının 1/8 finalının PSJ ilə ilk oyununu buraxacaq. Corner.az xəbər verir ki, 30 yaşlı oyunçu həmin qarşılaşmaya qədər zədəsini bərpa edə bilməyəcək.
 
Seneqallı futbolçu 2022-ci ilin 8 noyabrında Almaniya Bundesliqasının 14-cü turunun “Verder”lə matçında zədələnib. Futbolçu bu səbəbdən DÇ-2022-də Seneqal millisinə də kömək edə bilməyib.
 
PSJ - “Bavariya” cütünün ilk qarşılaşması fevralın 15-də Parisdə, cavab oyunu isə martın 9-da Münhendə baş tutacaq.