ÇL-da təsirli səhnə - qol vurdu, üzrxahlıq etdi - VİDEO

  • 7 Noyabr 2019 14:03
  • 70

Çempionlar Liqasının “Srvena Zvezda”ya qarşı matçında (4:0) dubl edən “Tottenhem”in hücumçusu Son Hın Min ilk qolu vurarkən sevinməyib.

Corner.az.az xəbər verir ki, 27 yaşlı hücumçu kameraya yaxınlaşaraq üzrxahlıq jesti edib. Böyük ehtimalla o, bu jesti “Everton”un futbolçusu Andre Qomeşə göndərib.

“Srvena Zvezda” ilə matçdan sonra jurnalistlərə açıqlama verən Son deyib: “Həqiqətən çox ağır günlər keçirdim. Amma başa düşdüm ki, komanda yoldaşlarım və azarkeşlərin verdiyi dəstəklə mənim bəxtim necə gətirib. Baş verən həmin hadisəyə görə təəssüflənirəm. Bu, bir qəza idi. İndi komandama və qarşıdakı oyunlara köklənirəm”.

Qeyd edək ki, ötən bazar günü Premyer Liqada “Everton”la görüşdə Sonla mübarizədən sonra Qomeşin ayağı qırılıb. Bundan sonra koreyalı futbolçu qırmızı vərəqə alıb meydanı tərk edərkən ağlamağa başlayıb. Stadionu tərk etdikdən sonra isə o, ümumiyyətlə, telefonu söndürüb və atası evinə gedib. Onun şok vəziyyətinə düşdüyü, bundan sonra “Tottenhem”in futbolçusunu bu durumdan çıxarmaq üçün psixoloq tutduğu bildirilib.