Ronaldo Maldiniyə çatdı

  • 7 Noyabr 2019 15:50
  • 50

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında daha bir rekorda imza atıb.

Corner.az xəbər verir ki, portuqaliyalı hücumçu “Lokomotiv”lə matçda iştirak etməklə avrokuboklarda 174-cü oyununa çıxıb.

Bununla da Ronaldo qitəmiqyaslı klub turnirlərində ən çox qarşılaşma keçirən futbolçu Paolo Maldiniyə çatıb. “Milan”ın sabiq futbolçusu da 174 avrokubok matçının iştirakçısı olub. Oyun sayında bu iki futbolçu yalnız təcrübəli qolkiper İker Kasilyasdan geri qalır. İspaniyalı qapıçı 188 matçda iştirak edib.

Qeyd edək ki, Ronaldo dörd klubun – “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un heyətində üç turnirdə oynayıb.