ÇL-nın finalı ABŞ-da keçirilə bilər

  • 9 Noyabr 2019 13:13
  • 402

2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər. 

Corner.az-ın "The Morning Consult" nəşrinə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu bununla bağlı kommersiya tərəfdaşları ilə danışıqlara başlayıb. Okeanın o tayında prioritet məkan kimi "Nyu-Cersidəki MetLife Stadium" nəzərdən keçirilir. Razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə Avropa hüdudlarından kənarda təşkil ediləcək. 

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi İngiltərə "Liverpul"udur. Bu mövsüm həlledici matç Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq. (report)


SON YÜKLƏNƏNLƏR

Olimpiyakos'dan Liverpul'a

10 Avqust 2020 23:54

Prosineçki'nin yeni klubu

10 Avqust 2020 23:51

Azərbaycanlı futbolçu iki həftə komandasına kömək edə bilməyəcək

DAVAMI