AL-da həftənin futbolçusu adına namizədlər açıqlandı

  • 21 Fevral 2020 09:44
  • 45

UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Corner.az-ın məlumatına görə, iddialılar sırasına 4 futbolçu daxil edilib.

Bunlar "Vulverhempton"un hücumçusu Dioqu Jota, "Ayntraxt"ın (Frankfurt) yarımmüdafiəçisi Daiçi Kamada, "Sportinq"in forvardı Lusiano Vyetto və "Reyncers"in yarımmüdafiəçi Yanis Hacidir.

Jota evdə "Espanyol"a 4:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Kamada da Zaltsburqu (Avstriya) məğlub etdikləri (4:1) matçda rəqib qapısına üç qol vurub. 

Haci Portuqaliya "Braqa"sını üstələdikləri (3:2) oyunda iki qol vurub, Vyetto isə "Başakşehir"ə qalib gəldikləri (3:1) matçda fərqlənib.

Səsvermə UEFA-nın rəsmi saytı vasitəsilə aparılır.