Qalatasaray rəsmisi Neftçi oyunundan danışdı

  • 14 Sentyabr 2020 10:44
  • 69

"Yaxşı oyun oldu. Daha böyük fərqlə qələbə qazana bilərdik".

Corner.az xəbər verir ki, bu fikirləri "Qalatasaray" klubunun vitse-prezidenti Abdurrahim Albayrak Türkiyə Super Liqasının I turunda "Qaziantep"i evdə 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra yerli mətbuata açıqlamasında deyib. 

66 yaşlı funksioner Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı matç barədə qısa danışıb: "Etdiyimiz transferlərin nə qədər yerində olduğunu bütün Türkiyə gördü. Eyni əzm və istəklə yolumuza davam edəcəyik. Bakıdan yaxşı nəticə ilə Türkiyəyə qayıdacağımızı arzulayır və gözləyirəm". 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.