Qurban Qurbanovdan Qalatasaray açıqlaması

  • 15 Sentyabr 2020 14:41
  • 114

"Neftçi"yə uğurlar arzulayıram. Belə klubların Azərbaycana gəlməsi futbolun inkişafına böyük təkandır".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray" ilə keçirəcəyi matç barədə danışarkən deyib. 

48 yaşlı mütəxəssis bildirib ki, güclü komandalar Bakıya gələndə azarkeşlərdə futbola sevgi oyanır və daha da çoxalır: "Türkiyənin top komandalarından birinin Bakıya gəlməsi futbolumuza böyük fayda verəcək. İstərdim ki, "Neftçi" "Qalatasaray"a qalib gəlsin. Türkiyə qardaş ölkədir, lakin idmanın prinsiplərindən biri odur ki, qalib gəlmək istəyirsən".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.


SON YÜKLƏNƏNLƏR

Lester'dən Trabzonspor'a

25 Sentyabr 2020 22:27

Məşhur futbolçunun bacılarını döydülər

DAVAMI