Romero Legiya'ya qarşı oynayacaq?

  • 25 Sentyabr 2020 22:25
  • 48

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçusu Xayme Romero haqda danışıb.

Corner.az xəbər verir ki, o, İstanbuldan yeni gələn ispan oyunçunun Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə görüşə kimi hazır olmayacağını deyib.

30 yaşlı yarımmüdafiəçi zədə səbəbindən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde" ilə oyunu da buraxmışdı.

Qeyd edək ki, oktyabrın 1-i keçiriləcək "Legiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.(qol)