Qarabağ - Vilyareal oyununun yeri bilindi

  • 22 Oktyabr 2020 20:00
  • 120

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" (İspaniya)oyununun yeri müəyyənləşib.

Corner.az xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib. O, görüşün Türkiyədə olacağını bildirib.

Oyun oktyabrın 29-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.

Klub rəsmisi qeyd edib ki, UEFA hələlik bu oyunla bağlı qərar verib. "Qarabağ"ın digər iki ev oyunu ilə bağlı qərarlar isə daha sonra açıqlanacaq.(qol)