Qarabağ Makkabi'yə uduzdu

  • 23 Oktyabr 2020 01:05
  • 74

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.
 
Corner.az xəbər verir ki, İ qrupunda yer alan Ağdam təmsilçisi səfərdə “Makkabi”nin (Təl-Əviv) qonağı olub.
 
Avropa Liqasında ardıcıl 6-cı, ümumilikdə avrokuboklarda 7-ci dəfə qrupda yarışacaq yeganə təmsilçimiz uğurlu başlanğıc etmək istəyirdi. Lakin Ağdam klubu bu görüşdə minimal hesabla məğlub olub.
 
Qrupun digər oyununda  “Vilyarreal” ilə “Sivasspor” klubu qarşılaşıb. Bu oyunda da meydan sahibləri qələbə qazanıb - 5:3.
 
Avropa Liqası
İ qrupu
22 oktyabr
 
“Makkabi” (Təl-Əviv) – “Qarabağ” 1:0
Qol: Y.Kohen, 10.
Baş hakim: Con Biton (Şotlandiya).
Təl-Əviv. “Blumfeld” stadionu.