Avroliqada gecənin nəticələri

  • 23 Oktyabr 2020 01:16
  • 76

Avropa Liqasında qrup mərhələsinin ilk oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, 12 qrupda 24 oyun baş tutub.
 
 “Qarabağ” ilk görüşünü səfərdə Təl-Əviv “Makkabi”sinin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin yer aldığı İ qrupunun digər oyununda qardaş ölkə Türkiyəni təmsil edən “Sivasspor” səfərdə “Vilyarreal”ın qonağı olub və bu görüşdə də meydan sahibləri qələbə qazanıb.
 
İngiltərə klubları “Arsenal” və “Tottenhem” Avstriya təmsilçiləri “Rapid”lə LASK-ı sınağa çəkiblər. Hər iki oyun London təmsilçilərinin qələbəsi ilə başa çatıb.
 
Turnirin favoritləri sırasında göstərilən İtaliya klubları “Milan” səfərdə Seltik'in qonağı olub, “Napoli” isə öz meydanında "Alkmaar"ı qəbul edib. Milan təmsilçisi bu görüşdə qalib gəlibsə, Neapol təmsilçisi görüşü məğlubiyyətlə başa vurub.


Avropa Liqası
Qrup mərhələsi
22 oktyabr
 
A qrupu

"Yanq Boyz" (İsveçrə) - "Roma" (İtaliya) 1:2
Qol: Nsame, 14-pen – B.Peres, 69. Kumbulla, 74.

ÇSKA (Sofiya, Bolqarıstan) – ÇFR (Rumıniya) 0:2
Qol: Rondon, 53. Deaç, 74-pen.
 
B qrupu

"Dandolk" (İrlandiya) - "Molde" (Norveç) 1:2
Qol: Murrey, 35 – Hussain, 62. Omoyfuanjo, 72-pen.

 
"Rapid" (Avstriya) - "Arsenal" (İngiltərə) 1:2
Qol: Funtas, 51 – D.Luis, 70. Obameyanq, 74.
 
C qrupu

"Bayer" (Almaniya) - "Nitsa" (Fransa) 6:2
Qol: Amiri, 11. Alario, 16. Diabi, 61. Bellarabi, 79; 83. Virts, 87 – Quiri, 31. Maurise, 90.

 
"Hapoel" (Beer-Şeva, İsrail) - "Slaviya" (Çexiya) 3:1
Qol: Aqudelo, 45. Akolatse, 86; 88 – Provod, 75.
 
D qrupu

"Standard" (Belçika) - "Reyncers" (Şotlandiya) 0:2
Qol: Tavernye, 19-pen. Ruf, 90+3.

"Lex" (Polşa) - "Benfika" (Portuqaliya) 2:4
Qol: İshak, 15; 49 – Pizzi, 9. Nunez, 42; 60; 90+3. 
 
E qrupu

PSV (Niderland) - "Qranada" (İspaniya) 1:2
Qol: Götse, 45+1 – Molina, 57. Maçis, 66.

PAOK (Yunanıstan) - "Omoniya" (Kipr) 1:1
Qol: Murq, 56 – Bautheaç, 16.
 
F qrupu

"Napoli" (İtaliya) – “Alkmaar” (Niderland) 0:1
Qol: De Vit, 57.

 
"Riyeka" (Xotvatiya) - "Real Sosyedad" (İspaniya) 0:1
Qol: Yon, 90+3.
 
G qrupu

"Braqa" (Portuqaliya) - AEK (Yunanıstan) 3:0
Qol: Qaleno, 44. Paulinyo, 78. Horta, 88.

 
"Lester Siti" (İngiltərə) - "Zarya" (Ukrayna) 3:0
Qol: Meddison, 29. Barnes, 45. İheanaço, 67.
 
H qrupu

"Seltik" (Şotlandiya) - "Milan" (İtaliya) 1:3
Qol: M.Elyunussi, 76 – Kruniç, 14. B.Dias, 42. Hauqe, 90+2.

 
"Sparta" (Çexiya) - "Lill" (Fransa) 1:4
Qol: Doçkal, 47 – Y.Yazıçı, 45+1; 60; 75. İkone, 66.
 
İ qrupu

"Vilyarreal" (İspaniya) - "Sivasspor" (Türkiyə) 5:3
Qol: Kubo, 13. Bakka, 20. Foyt, 57. Alkaser, 74; 78 – Kayode, 33. Yatabare, 43. Qradel, 64.

 
"Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" (Azərbaycan) 1:0
Qol: Kohen, 10.
 
J qrupu

"Tottenhem" (İngiltərə) - LASK (Avstriya) 3:0
Qol: Lukas, 18. Andrade, 27-öz qapısına. Son, 84.

"Lüdoqorets" (Bolqarıstan) - "Antverpen" (Belçika) 1:2
Qol: Higinio, 46 – Gerkens, 63. Refaelov, 70.
 
K qrupu

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Feyenoord" (Niderland) 0:0
 
"Volfsberger" (Avstriya) – ÇSKA (Moskva, Rusiya) 1:1
Qol: Liendl, 42 – Qayiç, 5.
 
L qrupu

"Hoffenhaym" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) 2:0
Qol: Baumqartner, 64. Dabbur, 90+3.

"Slovan" (Çexiya) - "Gent" (Belçika) 1:0
Qol: A.Yusuf, 29.