AL-da ilk 1/8 finalçı bəlli oldu

  • 24 Fevral 2021 20:25
  • 48

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab matçlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Tottenhem" öz meydanında "Volfsberq" klubu ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin darmadağınlı qələbəsi ilə başa çatıb - 4:0. 

Pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdə baş tutan ilk görüşdən də London təmsilçisi üstün ayrılıb - 4:1. Bu səbəbdən, "Tottenhem" 1/8 finala vəsiqə qazanıb.

Avropa Liqası

1/16 final mərhələsi

Cavab oyunu

21:00. "Tottenhem" (İngiltərə) - "Volfsberq" (Avstriya) - 4:0

Qollar: Dele Alli, 11. Karlos Vinisius, 50; 83. Qaret Beyl, 73

İlk oyun - 4:1

Qeyd edək ki, bu raundda digər cavab görüşləri fevralın 25-də oynanılacaq


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI