Kavani Messi və Levandovskinin rekordunu qırdı

  • 30 Aprel 2021 07:37
  • 50

 "Mançester Yunayted" klubunun futbolçusu Edinson Kavani yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, 34 yaşlı hücumçu evdə "Roma"ya 6:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Beləliklə, Kavani 34 yaş 74 günündə avrokuboklarda 2+2 edə bilən ən yaşlı futbolçuya çevrilib. O, "Bavariya"dan Robert Levandovski və "Barselona"dan Lionel Messinin rekordunu qırıb. Hər iki oyunçu bunu 31 yaşında edib.

Qeyd edək ki, Edinson Kavani 2007-2009-cu illərdə "İnter" (hazırkı "Keşlə") və 2009-2010-cu illərdə "Neftçi"də çıxış etmiş Valter Quqlemonun qardaşıdır.