Avropa Liqası: Neftçi Fənərbaxça'ya potensial rəqib oldu

  • 2 Avqust 2021 15:31
  • 99

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Corner.az-ın məlumatına görə, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan "Neftçi"nin də potensial rəqibi bəlli olub.

 Flaqman III təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda Türkiyə "Fənərbaxça" klubu ilə üz-üzə gələcək."Ağ-qaralar" ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da baş tutacaq.