Mahir Emreli Legiya'nın oyunlarında iştirak edə biləcək?

  • 13 Oktyabr 2021 11:50
  • 49

Üçüncü dəfə koronavirus testi neqativ çıxan Mahir Emreli “Legiya”nın növbəti oyunlarında iştirak edə biləcək.

Corner.az xəbər verir ki, bu barədə “sport.onet.pl” saytı məlumat yayıb. Mahir iki dəfə koronavirus testinin nəticəsi neqativ çıxdığı üçün karantinə alınmayacaq. 24 yaşlı hücumçu “Legiya”nın Ekstraklasanın 11-ci turunda “Lex”ə qarşı keçirəcəyi oyunda meydana çıxa bilər.

Mahir dünən üç dəfə koronavirus testi verib. Bunlardan ilkinin cavabı pozitiv, digərləri isə neqativ olub. Birinci testi müsbət çıxan azərbaycanlı hücumçu DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə matçında (1:3) iştirak edə bilməyib.

“Legiya” – “Lex” matçı oktyabrın 17-də keçiriləcək.