Spartak Napoli'yə qalib gəldi

  • 25 Noyabr 2021 00:03
  • 49

 Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

C qrupunda Rusiyanın “Spartak” (Moskva) klubu doğma meydanda “Napoli”ni qəbul edib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıb.

Mərhələnin digər qarşılaşmaları sabah keçiriləcək. C qrupunun digər matçında azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) səfərdə “Lester Siti”nin (İngiltərə) qonağı olacaq.

Avropa Liqası
C qrupu, 5-ci tur
24 noyabr

“Spartak” (Moskva, Rusiya) – “Napoli” (İtaliya) 2:1
Qol: Sobolyov, 3-pen; 28 – E.Elmas, 64.
Moskva, “Spartak” stadionu.

Xal durumu: Spartak – 7, Napoli – 7, Legiya – 6, Lester Siti – 5.