UEFA qərar verdi, Tottenhem KL-sı ilə vidalaşdı

  • 20 Dekabr 2021 14:34
  • 237

UEFA İngiltərənin "Tottenhem" klubuna texniki məğlubiyyət verib.

Corner.az-ın məlumatına görə, buna səbəb London təmsilçisinin Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda Fransanın "Renn" klubu ilə görüşə çıxmamasıdır.

Dekabrın 9-da baş tutmalı olan matç "Tottenhem"də koronavirusa kütləvi yoluxma üzündən ləğv olunub.

Qeyd edək ki, bu nəticədən sonra G qrupunda birinci yeri 14 xalla "Renn" tutub. İkinci yer 10 xala malik Niderland "Vitess"inə qismət olub. Hər iki komanda növbəti mərhələyə yüksəlib. 7 xala malik "Tottenhem" və 3 xalı olan Sloveniya "Mura"sı isə sonrakı pillələri tutduqları üçün qrupda qalıblar.