Avroliqada final öncəsi kütləvi dava - VİDEO

  • 18 May 2022 22:51
  • 47

İspaniyanın Sevilya şəhərində Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları arasında keçiriləcək UEFA Avropa Liqasının final oyunundan öncə insident baş veriib.

Corner.az-ın məlumatına görə, iki komandanın azarkeşləri küçədə kütləvi şəkildə dava ediblər. Hadisə nəticəsində bir neçə fanatın xəsarət aldığı bildirilib.

Qeyd edək ki, bu gün "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.