Futbolçularımın etdiklərini təsvir etməyə sözüm yoxdur

  • 19 May 2022 12:46
  • 117

Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasının baş məşqçisi Oliver Qlasner Avropa Liqasının finalında “Reyncers” üzərində qazanılan qələbə ilə bağlı (1:1, penaltilər 5:4) fikirlərini bölüşüb. Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı çalışdırıcı, futbolçularının performansını hər hansı bir sözlə təsvir etməyin mümkün olmadığını deyib:
 
“İnanılmaz! Bu, Avropada 13-cü oyunumuz idi. Bu oyunların heç birində uduzmadıq. Uşaqların həm bu gün, həm də mövsüm boyu etdiklərini təsvir etməyə sözüm yoxdur.
 
Gələn mövsüm Çempionlar Liqası haqda düşünmək? Yox. O qədər də uzağa baxmıram, çünki yaxın aylarda nə olacağını bilmirəm. Futbolçulara dedim ki, bizim fantastik səyahətimiz olub, bu səyahət bu gün meydanda yox, sabah kubokla evdə olduğumuz zaman başa çatdırmalıyıq”.