UEFA Qarabağ'ın legionerinin vurduğu qolu fərqləndirdi - VİDEO

  • 22 Sentyabr 2022 18:46
  • 45

UEFA "Qarabağ"ın futbolçusu Marko Yankoviçin Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Fransanın "Nant" komandasına vurduğu qolu fərqləndirib. Corner.az xəbər verir ki, bununla bağlı turnirin sosial şəbəkə hesablarında paylaşım edilib.
 
Monteneqrolu yarımmüdafiəçinin fərqləndiyi epizodun paylaşıldığı videonun üzərində bu sözlər yazılıb: "Marko Yankoviç tərəfindən güc və dəqiqlik".
 
Xatırladaq ki, "Qarabağ" Bakıda "Nant"a 3:0 hesabı ilə qalib gəlib. Yankoviç matçda sonuncu qolun müəllifi olub.