Qarabağ'ın rəqibində ciddi itki

  • 26 Sentyabr 2022 16:54
  • 80

"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u ciddi itki ilə üzləşib.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Pirey təmsilçisinin müdafiəçisi Panayotis Retsos zədələnib.

Almaniyanın "Bayer" (Leverkuzen) klubundan icarəyə götürülən oyunçu əvəzedici komandaya qarşı yoxlama matçında sıradan çıxıb.

Yunanıstan millisinin üzvü ayağından xəsarət aldığı üçün 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, evdə Ağdam klubuna qarşı keçiriləcək qrup mərhələsinin III tur görüşünü də komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.