Mançester Yunayted bunu 23 il sonra bacardı

  • 10 Mart 2023 12:48
  • 54

İngiltərənin "Mançester Yunayted" klubu 23 il sonra öz rekordunu yeniləyib. Corner.az xəbər verir ki, "qırmızı şeytanlar" buna Avropa Liqasının 1/8 final mərhələsində İspaniyanın "Betis" komandasını 4:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
 
Mançester təmsilçisi ardıcıl 15 ev matçında 2 və daha çox qol vurmağı bacarıb. Klub tarixində 4-cü dəfə bu seriya gerçəkləşib. "Mançester Yunayted" son olaraq 2000-ci ildə bunu bacarmışdı.
 
Bu komandalar arasındakı cavab qarşılaşması martın 16-da İspaniyada baş tutacaq.