Qarabağ APOEL-ə uduzdu

  • 8 Noyabr 2019 00:04
  • 40

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, turnirdə ölkəmizin yeganə təmsilçisi “Qarabağ” səfərdə APOEL-in qonağı olub.

Qurban Qurbanovun yetirmələri hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Nikosiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bununla da xalını 4-ə çatdıran APOEL "Qarabağ"ı üstələyərək 2-ci pilləyə yüksəlib.

A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”ı (Lüksemburq) 5:2 hesabı ilə məğlub edib.


7 noyabr

Avropa Liqası

A qrupu
 
APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 2:1 
Qol:
 Maksim Medvedev, 10 (0:1), Lukas Souza, 59 (1:1), İoannu, 88 (2:1)
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu

“Düdelanj” (Lüksemburq) - “Sevilya” (İspaniya) - 2:5 
Qollar:
 Dabbur, 18 (0:1), Əl Həddadi 27  (0:2), 33 (0:3), Dabbur, 36 (0:4), Əl Həddadi, 67 (0:5), Sinani, 69 (1:5), 80 (2:5)


1.

Sevilya

4

4

0

0

12:2

12

2.

APOEL

4

1

1

2

7:8

4

3.

Qarabağ

4

1

1

2

7:8

4

4.

Düdelanj

4

1

0

3

7:15

3