İlk hissədə əsəbilik var idi - Praxitelis Vouros

  • 8 Noyabr 2019 11:04
  • 34

“Belə qalibiyyəti çılğınlıqla qeyd etməyimiz normaldı. Həftənin əvvəlindən yalnız qələbəyə köklənmişdik”.

Corner.az xəbər verir ki, bunu APOEL-in futbolçusu Praxitelis Vouros deyib.

Yunanıstanlı futbolçu Avropa Liqasının IV turunun “Qarabağ”la ev oyunundakı 2:1 hesablı qələbəni dəyərləndirib. O, ikinci hissədəki çıxışlarını xüsusi vurğulayıb: “İkinci hissədə qalib gəlmək üçün lazım olan bütün keyfiyyətləri və oyun ehtirasımızı ortaya qoyduq. İlk 45 yarıda lazım olan səviyyədə keçirmədik. Amma bütün futbolçular düzgün düşünərək, hər şeyini ortaya qoydu. Son oyunların hamısını eyni sistemlə oynamağımızın həm müsbət, həm də mənfi tərəfləri var. Oyun quruculuğunda hələ istədiyimizi göstərə bilmirik”.

Vouros birinci hissədəki zəif çıxışa belə aydınlıq gətirib: “İlk yarıda futbolçularda əsəbilik var idi, oynaya bilmirdik. Tribunalarda da narazılıq yaranmışdı. Standart vəziyyətdən erkən qol buraxdıq. Ancaq ikinci hissədə dönüş edərək, əla qələbə qazandıq”.