"Qarabağ" üzərində qələbəni atəşfəşanlıqla qeyd etdilər - VİDEO

  • 8 Noyabr 2019 12:13
  • 46

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"ı öz meydanında qəbul edən APOEL-in yaranma günüdü.

Corner.az-ın Kipr mətbuatına istinadən məlumatına görə, bu gün Nikosiya təmsilçisinin yaranmasından 93 il ötür.

Kiprlilər "Qarabağ" üzərində qələbənin (2:1) bu baxımdan gözəl hədiyyə olduğunu vurğulayıb. Bu səbəblə dünənki matçdan sonra azarkeşlər küçələrə axışaraq səhərə qədər həm qələbəni, həm də 93-cü yaş günlərini atəşfəşanlıqla qeyd ediblər.

Qeyd edək ki, APOEL 1926-cı il noyabrın 8-də bir qrup yunan gənc tərəfində yaradılıb.