Sevilya'nın hücumçusu birinci oldu

  • 8 Noyabr 2019 20:05
  • 35

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu "Sevilya"nın hücumçusu Munir El-Haddadi'dir. O, səsvermədə Markus Reşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”) və  Enzo Krivellini (“Başakşəhər”)  geridə qoyub.

Qeyd edək ki, El-Haddadi "Düdelanj"la matçda (5:2) het-trikə imza atıb.