Mançester Yunayted'in Avroliqadakı yeni rekordçusu

  • 8 Noyabr 2019 21:02
  • 37

Mançester YunaytedbAvropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Partizan”a qalib gəlib – 3:0.

Corner.az xəbər verir ki, sözügedən qarşılaşmada 90 dəqiqə oynayan “qırmızı şeytanlar”ın futbolçusu Meyson Qrinvud rekorda imza atıb.

Belə ki, 18 yaşlı futbolçu, “Partizan”la görüşdə 1 qol vurub, 1 ötürmə verib. İngiltərəli hücumçu bununla “Mançester Yunayted”in avrokuboklarda qol vuran ən gənc futbolçusu ünvanına sahib olub.

Qrinvud “Partizan”la oyunda qol vuran zaman 18 yaş 37 günlük idi.