Millimiz Rusiyaya qalib gəldi

  • 30 Yanvar 2020 22:25
  • 121

Bu gün futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Corner.az xəbər verir ki, Rusiya millisi ilə qarşılaşan yığmamız 4:3 hesablı qələbə qazanıb.

Millimizin heyətində Everton Kardosonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev qeyd edib.

Azərbaycan milli komandası qrupda son oyununu fevralın 1-də, saat 20:00-da Slovakiya yığmasına qarşı keçirəcək.