Millimizdən heç-heçə

  • 2 Fevral 2020 00:05
  • 110

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raundunda son oyununu keçirib.

Corner.az xəbər verir ki, millimiz  Slovakiya yığması ilə üz-üzə gəlib. Xorvatiyanın Osiek şəhərindəki "Gradski vrt Arena"da təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.

Bununla da yığmamız C qrupunda mübarizəni 4 xalla başa vurub. Slovakiya isə 1 xalla sonuncu olub.

Qrup qalibi və elit-raunda vəsiqə verən ikinci yerin sahibi saat 23:00-da başlanacaq Xorvatiya - Rusiya matçından sonra müəyyənləşəcək. Rusiya bu görüşdə qələbə qazana bilməsə, Azərbaycan qrup ikincisi kimi elit-raunda yüksələcək.

1 fevral

Azərbaycan – Slovakiya - 3:3
Qollar
: Marian Hudek, 08:10. Matuş Çevçik, 30:42. Matuj Kijovski, 39:52 – Rafael Vilela, 16:21. Matuj Kijovski, 28:51-öz qapısına. Bolinya, 39:57.
Xorvatiya, “Qradski vrt Arena”