Şahmatçılarımızın yeni reytinqi

  • 2 Fevral 2020 00:07
  • 100

Beynəlxalq Şahmat Federasiyası (FİDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.

Corner.az-ın qurumun saytına istinadən xəbərinə görə,  ötən ayla müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2770 reytinqlə 8-ci  pillədəki yerini qoruyub.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) 1 pillə irəliyəyərək 10-cu pilləyə yüksəlib.

Digər şahmatçılarımızdan  Nicat Abbasov (2670) 67-ci, Qədir Hüseynov (2666) 72-ci olub. Bundan əvvəlki reytinqdə 85-ci olan Rauf Məmmədov isə "100-lük"dən kənarda qalıb.

Qadınlar arasında Günay Məmmədzadə 28-ci (2455), Gülnar Məmmədova (2386) 75-ci, Ülviyyə Fətəliyeva (2377) 86-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2862) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2842) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür