Ruqaninin sevgilisi də koronavirusa yoluxdu - 4 aylıq hamilədi

  • 21 Mart 2020 15:47
  • 84

"Yuventus”un müdafiəçisi Daniele Ruqaninin sevgilisi Mikaela Perisko da koronavirusa yoluxub.

Corner.az xəbər verir ki, bu barədə o, özünün İnstaqram səhifəsində bildirib. O, dörd aylıq hamilə olduğunu qeyd edərək virusun körpəyə keçməsindən narahatlığını ifadə edib: “Həkimlər mənə deyirlər ki, heç bir problem olmayacaq. Amma siz özünüzü mənim yerimə qoyun. Bu, çox dəhşətlidir”.

Qeyd edək ki, “Yuventus”da ilk olaraq Ruqanidə koronavirus aşkarlanıb. Daha sonra komandanın başqa bir futbolçusu – Blez Matyudinin də bu virusa yoluxduğu məlum olub.(qol)