Xokkey üzrə dünya çempionatı ləğv olundu

  • 21 Mart 2020 20:12
  • 26

Mayın 8-də İsveçrədə start götürməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub. 

Corner.az-ın məlumatına görə, bununla əlaqədar Beynəlxalq Xokkey Federasiyası qərar qəbul edib. Səbəb kimi təşkilatçı ölkədə xəstəliyə yoluxanların sayının sürətlə artması göstərilib. Mundial mayın 24-dək davam etməli idi. 

Hazırda dünyada xokkey turnirlərinin çoxu dayandırılıb. 

COVID-19 2019-cu ilin sonlarında Çinin Uрan şəhərində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi pandemiya elan edib. Son məlumatlara əsasən, koronavirusla əlaqədar 10 mindən çox insan dünyasını dəyişib. (report)