Millimizin üzvü Macarıstan klubuna keçdi

  • 3 May 2020 22:45
  • 48

Qadın voleybolçulardan ibarət millimizin üzvü Ayşən Abduləzimova növbəti mövsümü də hazırda çıxış etdiyi Macarıstanın "Vaşaş" klubunda keçirəcək.

Corner.az-ın məlumatına görə, bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı voleybolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Ayşən Abduləzimova 2019-cu ilin sentyabrından "Vaşaş"da çıxış edir.