Həyat yoldaşını öldürmək istəyən futbolçu həbs olundu

  • 9 May 2020 17:17
  • 66

Ukraynanın "Dinamo" (Kiyev) klubunun sabiq futbolçusu və məşqçisi, hazırda isə Xorvatiyanın U-20 yığmasına başılıq edən Oqnyon Vukoyeviç həbs olunub.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, evinə sərxoş halda gələn veteran yarımmüdafiəçi həyat yoldaşı, baldızı və qayınanasını öldürmək istəyib.

Həmin vaxt keçmiş futbolçuda odlu silah olub-olmadığını müəyyənləşdirmək üçün polis onun evində yoxlama aparıb. Xorvatiyalı məşqçiyə qarşı cinayət işi açılıb. Prokurorluq Vukoyeviç barəsində həbs qətimkan tədbiri təyin edib-etməyəcəyinə qərar verməyə hazırlaşır.

Qeyd edək ki, "Dinamo"da 2008 - 2015-ci illərdə forma geyinmiş Oqnyon Vukoyeviç 2016-cı ildən Andreya adlı xanımla nikahdadır.(report)