Benfika'nın futbolçusu koronavirusa yoluxdu

  • 11 May 2020 16:58
  • 34

Portuqaliyanın “Benfika” klubunun futbolçusu David Tavares koronavirusa yoluxub.

Corner.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onun ev şəraitində karantinə alındığı bildirilib.

Testdən keçən “Benfika”da Tavaresdən başqa yoluxma faktı qeydə alınmayıb.(qol)