Kannavaronun keçmiş klubu müflis oldu

  • 12 May 2020 20:35
  • 61

Çinin “Tyantszin Tyanxay” klubu Super Liqada iştirak etməyəcək. 

Corner.az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, klub mayın 11-də iflasa uğradığını və milli çempionatdan kənarlaşdığını açıqlayıb. Komandanın yerinə liqaya mövsümün nəticələrinə əsasən "Şençjen"in keçəcəyi gözlənilir. 

Qeyd edək ki, “Tyantszin Tyanxay” 2006-cı ildə təsis edilib. İtaliyalı dünya çempionu Fabio Kannavaro 2016/2017 mövsümündə bu komandanın baş məşqçisi olub. Heyətdə isə Aksel Vitsel, Aleksandro Pato, Luis Fabiano, Antoni Modest kimi oyunçular çıxış edib. (report)