Azərbaycan klubunun oyunçusu həbs edildi

  • 15 May 2020 11:53
  • 46

Bakının “Sərkərdə” klubunun basketbolçusu Nikolay Kojuhari İrlandiyanın Offali şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
Corner.az "offalyexpress" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur.

Moldovalı basketbolçu iki həmyerlisi ilə birlikdə Kloverhill həbsxanasına yerləşdirilib.

Kojuharinin girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia təmin edilməyib. Hər 3 şəxs mayın 13-də məhkəmənin hökmü ilə həbs olunub.(qol)