Belarus klubunda koronavirus şoku

  • 15 May 2020 14:06
  • 45

Belarusun "İsloç" klubunun bir neçə üzvü koronavirusa yoluxub.

Corner.az-ın məlumatına görə, bu barədə klubun hücumçusu Momo Yansane şəxsi "Twitter" səhifəsində yazıb.

Qvineyalı futbolçu bildirib ki, bununla bağlı bir neçə günlük karantin müddəti tətbiq olunmalıdır: "Onlara möhkəm can sağlığı arzulayıram. İstərdim ki, oyunlara davam etməzdən əvvəl müəyyən təhlükəsizlik tədbirləri görülsün".

Qeyd edək ki, Belarusda daha əvvəl "Arsenal" klubunun futbolçusunda koronavirus aşkarlanıb, 2 oyun isə bu səbəbdən təxirə salınıb.(report)