Del Pyero xəstəxanaya yerləşdirildi

  • 18 May 2020 11:10
  • 47

"Yuventus"un sabiq hücumçusu Alessandro Del Pyero böyrəklərindəki daşa görə Los-Ancelesdə xəstəxanaya yerləşdirilib.

Corner.az xəbər verir ki, bu barədə 45 yaşlı veteran futbolçu özünün “Instagram” hesabında bildirib.

Del Pyero sosial şəbəkədəki səhifəsində tibbi müəssisədən şəkil, "böyrək sancısı" və "böyrək daşı" haştaqı ilə paylaşım edib.

"İndiyə qədər inana bilmirəm ki, üç santimetrlik kiçik daş bu qədər necə pis ola bilər", - Del Pyero yazıb.