Komandanın 12 futbolçusu koronavirusa yoluxdu - YENİLƏNİB

  • 22 May 2020 11:21
  • 38

Meksikanın “Santos Laquna” klubunda koronavirusa yoluxan futbolçuların sayı artıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ötən gün 8 futbolçunun testinin müsbət çıxdığını açıqlayan klub daha 4 oyunçuda virus aşkarlandığını bəyan edib. Futbolçuların adları isə açıqlanmayıb.

Xatırladaq ki, Meksikada koronavirus pandemiyasına görə çempionatlara erkən yekunlaşdırılıb.(qol)