Azərbaycanlı idman jurnalistinin anası koronavirusdan vəfat etdi

  • 29 May 2020 12:25
  • 150

İdman jurnalisti Anar Cəfərsoyun anası Zöhrə Cəfərova koronavirus xəstəliyindən vəfat edib.

Bu haqda A.Cəfərsoyun yaxınları məlumat verib. Dünən axşam 69 yaşında dünyasını dəyişən Z.Fərəcova Ağdamda dəfn ediləcək.  Karantin qaydalarına görə, yas mərasiminin keçirilməsinə icazə verilmir.

Qeyd edək ki, Z.Cəfərova böyrək çatışmazlığından da əziyyət çəkib. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırıb.

Xatırladaq ki, A.Cəfərsoy özü də hazırda koronavirusdan xəstəxanada müalicə alır (qol.az)..